19:30 / 13-04-2025
Tramvay təqaüdçünü vurub
22:36 / 12-04-2025
Polis reyd keçirib
Bütün xəbərlər
Keçmiş mer səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilib
Tarix: 10-04-2025 10:25 | Bölmə: Karusel

Kurqan vilayətində Şuçye şəhərinin keçmiş meri Yuri Doroşenko həbs edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
TASS xəbər verir ki, keçmiş məmur 2 ay müddətinə istintaq təcridxanasına göndərilib.Cinayət işinin təfərrüatları hələlik açıqlanmır.
Yuri Doroşenko 2020-ci ilin dekabrından 2022-ci ilin iyun ayına qədər bələdiyyə sədri olub. O, istefa verdikdən sonra rayon rəhbəri postu uğrunda keçirilən müsabiqədə iştirak edib, lakin qalib gəlmək üçün lazım olan səsləri toplaya bilməyib.Daha sonra Kurqan vilayətindəki aqrar-sənaye müəssisələrindən birində təhlükəsizlik texnikası və əməyin mühafizəsi üzrə mühəndis kimi işə düzəlib.





Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər