19:30 / 13-04-2025
Tramvay təqaüdçünü vurub
22:36 / 12-04-2025
Polis reyd keçirib
Bütün xəbərlər
Klubun damının uçması nəticəsində ölənlərin sayı 113-ə çatıb
Tarix: 09-04-2025 15:44 | Bölmə: Karusel

Dominikan Respublikasının Santo Dominqo şəhərində bir klubun damının uçması nəticəsində ölənlərin sayı 98-dən 113-ə yüksəlib, COE Təcili Yardım Mərkəzinin direktoru Xuan Manuel Mendez bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Aprelin 7-nə keçən gecə müəssisədə çoxlu müştəri olduğu halda “Jet Set” gecə klubunun damı uçub. Xilasedicilər dağıntıları təmizləmək və sağ qalanların axtarışını davam etdirirlər. Prezident Luis Abinader faciə qurbanları üçün üç günlük matəm elan edib.
“Ölənlərə gəlincə, (sayı – red.) bu səhərə olan məlumata görə, 113 nəfərə çatıb”, - deyə, Mendes jurnalistlərlə keçirdiyi brifinqdə bildirib. Videonun X sosial şəbəkəsində Noticias SIN tərəfindən dərc edilib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Santo Dominqoda çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib.



Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər