19:30 / 13-04-2025
Tramvay təqaüdçünü vurub
22:36 / 12-04-2025
Polis reyd keçirib
Bütün xəbərlər
Pnevmatik tapança ilə avtobusun şüşələrinə atəş açdığı üçün saxlanılıb
Tarix: 09-04-2025 11:14 | Bölmə: Karusel

Çelyabinskdə polis əməkdaşları pnevmatik tapança ilə avtobusun şüşələrinə qəsdən atəş açan 19 yaşlı yerli sakini saxlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin rayon Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxs yoldan keçən avtobusa tərəf bir neçə atəş açıb, şüşəni zədələyib.
Ötən gün, aprelin 8-də yerli mətbuatda axşam saatlarında “Yuryuzan” mağazasının dayanacağında hərəkətdə olan avtobusa atışma baş verdiyi barədə xəbər yayılıb. Sərnişinlərin təcili olaraq ictimai nəqliyyatdan çıxarıldığı bildirilir. Hadisə şahidlərinin sözlərinə görə, güllələr insanların oturduğu oturacaqlarla üzbəüz şüşəyə dəyib.
Polis şübhəli şəxsi müşahidə kameraları vasitəsilə izləyə bilib. O, saxlanılıb.Yaxın vaxtlarda prosessual qərar veriləcək.



Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər