19:30 / 13-04-2025
Tramvay təqaüdçünü vurub
22:36 / 12-04-2025
Polis reyd keçirib
Bütün xəbərlər
6 yaşayış məntəqəsində baş verən yanğınların qarşısı 24 saat ərzində alınıb
Tarix: 09-04-2025 10:28 | Bölmə: Karusel

Son 24 saat ərzində Trans-Baykal ərazisində 6 yaşayış məntəqəsi və 2 təsərrüfat yanğından mühafizə olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Teleqram kanalının məlumatına görə, yanğınsöndürənlər meşə və landşaft yanğınlarının Lesnoy Qorodok, Verx-Usuqli, Uldurqa, Usuğlı, Moqzon, Muxor-Konduy yaşayış məntəqələrinə keçməsinin qarşısını ala biliblər. İki kəndli ferması da yanğından mühafizə olunub.
Yanğının sürətlə inkişafına bölgədə davam edən tufan küləkləri kömək edir. Son 24 saat ərzində 50-dən çox təbii və texnogen yanğın söndürülüb: 36 texnogen və 20 landşaft yanğını.
Fövqəladə Hallar Nazirliyi 43 meşə yanğınının söndürülməsini davam etdirir. Yanğının söndürülməsinə 900-dən çox insan cəlb olunub, 170 texnikadan istifadə edilir.



Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər