Bütün xəbərlər
"Mash": Çuvaşiyanın başçısı Çeboksarıda qəzaya düşüb
Tarix: 08-04-2025 20:37 | Bölmə: Karusel

Çuvaşiyanın rəhbəri Oleq Nikolaev və həyat yoldaşı Nataliya Çeboksarıda yol qəzasına düşüblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, onun şəxsi sürücüsünün idarə etdiyi premium sinifli “Genesis” markalı avtomobili Qorki prospektində “Mazda” markalı avtomobillə toqquşub.
İlkin məlumata görə, heç kim xəsarət almayıb.
Qəzanın səbəbkarı olan “Mazda”nın sürücüsünün dediyi kimi, o, fikirləşib və işıqforun qırmızı işığından keçib.



Baxış sayı: 83


Bölməyə aid digər xəbərlər