Bütün xəbərlər
Qul əməyi işi üzrə iki müttəhim həbs edilib
Tarix: 08-04-2025 20:30 | Bölmə: Karusel

Yakutiyada iki nəfərə qarşı zorakılıq tətbiq etməklə və ondan istifadə hədəsi ilə qul əməyindən istifadə etməkdə ittiham olunan iki kişi həbs edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Regional İstintaq Komitəsi (İK) məlumat yayıb.
İstintaqın məlumatına görə, həmin şəxslər ferma işlədiblər və sonradan orada iki işçini qul kimi saxlamağa şərait yaradıblar, zərərçəkənlərə qarşı zorakılıq tətbiq ediblər və onları hədələyiblər.
"İşçilərdən biri insan məskəni və təsərrüfat işləri üçün lazımi şəraiti olmayan inək tövləsində saxlanılıb.Orada da mal-qara saxlamaqla bağlı təsərrüfat işləri ilə məşğul olub və faktiki olaraq sərbəst hərəkət etmək imkanından məhrum edilib", - İstintaq Komitəsinin məlumatında deyilir.
Təqsirləndirilən şəxslərdən biri artıq həbs edilib, ikincisi isə ev dustaqlığına buraxılıb.
Zərərçəkənlərə lazımi ixtisaslı yardım göstərilir və onlar tibb müəssisəsində müalicə olunurlar.
İstintaq davam edir.



Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər