Bütün xəbərlər
21 yaşlı ukraynalı casusluğa görə 12 il həbs cəzasına məhkum edilib
Tarix: 08-04-2025 19:11 | Bölmə: Karusel

LPR-də 21 yaşlı ukraynalı casusluğa görə 12 il həbs cəzasına məhkum edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Luqansk Xalq Respublikasının (LPR) Ali Məhkəməsi 21 yaşlı Ukrayna vətəndaşı Artem Kudjanovu casusluqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi) ciddi rejimli cəzaçəkmə müəssisəsində 12 il müddətinə azadlıqdan məhrum edib.Bu barədə vilayət prokurorluğu məlumat yayıb.
Müəyyən edilib ki, həmin şəxs 2022-ci ilin iyul-avqust ayları ərzində Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin Luqansk Xalq Respublikasında yerləşdiyi yerlər barədə məlumatı könüllü olaraq toplayıb və messencerlər vasitəsilə Ukrayna xüsusi xidmət orqanlarına ötürüb.
Məhkəmə dövlət ittihamçısının mövqeyi ilə razılaşaraq onu 12 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edib.



Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər