Bazar günü, 13 aprel 2025, 14:17:50  
Son xəbərlər:
22:36 / 12-04-2025
Polis reyd keçirib
Bütün xəbərlər
Paşa Texnikin cənazəsi Taylanddan Moskvaya göndəriləcək
Tarix: 07-04-2025 11:11 | Bölmə: Karusel

Rusiyalı reper Paşa Teknikin (Pavel İvlev) cənazəsi aprelin 8-i, çərşənbə axşamı axşam Tailanddan Moskvaya göndəriləcək. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə onun direktoru Mark Yarovnı Telegram kanalında məlumat verib.
Sənətçi aprelin 4-də Phuket xəstəxanalarının birində dünyasını dəyişib.O, ağır vəziyyətdə təcili reanimasiyaya yerləşdirilib. Ölüm səbəbi ağır bakterial pnevmoniya fonunda inkişaf edən septik şok idi.
"O, sabah axşam Moskvaya uçan təyyarə ilə aparılacaq. O, 9-da səhər Moskvada olacaq", - Yarovnı deyib.
Qohumları daha əvvəl bildirmişdilər ki, musiqiçi ilə vida mərasimi onun uşaqlıqda vəftiz olunduğu Lefortovodakı Pyotr və Pavel kilsəsində baş tuta bilər. İstəyən hər kəs mərasimdə iştirak edə bilər.



Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər