Bütün xəbərlər
30 litrlik çəlləkdən pivə axını ofisiantın burnunu sındırıb
Tarix: 01-04-2025 10:35 | Bölmə: Karusel
 
Ufalı ofisiant 30 litrlik çəlləkdən gələn pivə axınının burnunu sındırdıqdan sonra işəgötürəndən qismən təzminat qazanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı ofisiant rəhbərliyin istəyi ilə restoranın anbarındakı içki çəlləyini təkbaşına açmağa çalışıb.
Gəncin klapanı çox sıxması pivənin təzyiq altında onun üzünə dəyməsinə səbəb olub. Xarakterik xırıltı eşidilib və həkimlər daha sonra işçinin burnunun qırılması diaqnozu qoyublar.
O, məhkəməyə müraciət edərək səhhətinə dəyən ziyana görə işəgötürəndən 1,5 milyon rubl tələb edib.
Hakimlər nəzərə aldılar ki, işəgötürən təhlükəsizlik təlimi keçirməyib və işin təşkilində pozuntuya yol verib, lakin onlar yalnız qismən zərərçəkmişin tərəfində olublar: gənc aldığı xəsarətə görə 150 min rubl təzminat alıb, "Mash" xəbər verir.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər