Bütün xəbərlər
Uşaq məşqçisi azyaşlılara sataşdığı üçün saxlanılıb
Tarix: 01-04-2025 10:29 | Bölmə: Karusel

 Xabarovsk diyarında uşaq məşqçisi azyaşlılara sataşdığına görə saxlanılıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı kişi Sovetskaya Qavanda yerləşən kyokuşinkay karate klublarından birində yetirmələri ilə məşq edirdi.
"Amur Mash" Telegram kanalının məlumatına görə, məşqçiyə qarşı bir neçə ifadə verilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi azyaşlılarla növbəti dərs zamanı saxlayıblar.
Mənbə xəbər verir ki, məşqçinin uşaqlara qışqıraraq onunla yazışmalarını silmələrini xahiş etdiyi iddia edilir.
Zərərçəkmiş məktəblilərlə psixoloqlar işləyir.



Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər