Bütün xəbərlər
Aktyor Mark Eydelşteyn Ukraynanın "Sülhməramlı" məlumat bazasına əlavə edilib
Tarix: 31-03-2025 15:43 | Bölmə: Karusel

 Amerikanın "Anora" filmindəki rolu ilə tanınan rusiyalı aktyor Mark Eydelşteyn Ukraynanın "Mirotvorets" ekstremist saytının məlumat bazasına əlavə edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qeyd olunduğuna görə, Eydelşteyn “Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirməyə cəhd”, həmçinin “Ukraynanın dövlət sərhədinin dəfələrlə qəsdən pozulması” iddiası ilə məlumat bazasına daxil edilib.
Eydelşteyn amerikalı rejissor Şon Beykerin “Anora” filmində çəkildikdən sonra məşhurlaşıb. Bu filmdəki rollarına görə 23 yaşlı Eydelşteyn və digər rus aktyoru Yuri Borisov Britaniyanın BAFTA film mükafatına namizəd olublar.
Bundan əvvəl “Mirotvorets” məlumat bazasına “Manyunya” serialında baş rolu ilə tanınan 14 yaşlı rus aktrisası Yekaterina Temnova daxil idi. Resurs administrasiyasının fikrincə, Temnova “Ukraynanın milli təhlükəsizliyi üçün təhlükəni təmsil edir”.



Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər