Bütün xəbərlər
Le Pen 4 il həbs cəzasına məhkum edildi
Tarix: 31-03-2025 15:37 | Bölmə: Karusel

 Paris məhkəməsi fransalı siyasətçi və sağçı Fransa Milli Rallisi (RN) partiyasının lideri Marin Le Peni 4 il müddətinə azadlıqdan məhrum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçiyə iki il şərti cəza verilib və o, daha iki il elektron qolbaq taxmaqla keçirəcək.
RİA Novosti hakim Benedikt de Pertuisdən sitat gətirir: "Məhkəmə madam Le Penin dörd il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb, onlardan ikisi şərti, ikisi isə dəyişdirilə bilər. O, həmçinin beş il ərzində dövlət vəzifələrində çalışa bilməyəcək".
Bundan əvvəl məlum olub ki, səsvermə hüququnu itirdiyinə görə Le Pen 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək. Siyasətçi parlament üzvlərinin köməkçilərinin qondarma işə götürülməsi yolu ilə Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə təqsirli bilinib.



Baxış sayı: 55


Bölməyə aid digər xəbərlər