Bütün xəbərlər
Peskov: "Biz ABŞ ilə nadir torpaq metalları layihələrində qarşılıqlı marağı görürük"
Tarix: 31-03-2025 15:23 | Bölmə: Karusel

 Amerika Birləşmiş Ştatlarından olan şirkətlər nadir torpaq metallarının hasilatı üzrə birgə layihələrdə iştiraka maraq göstərirlər. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov brifinq zamanı bildirib.
Rusiya prezidentinin mətbuat katibi konkret layihələr və ya son tarixləri açıqlamayıb.
"Burada hələlik heç bir konkretlik yoxdur, lakin açıq-aydın maraq var. Bu maraq qarşılıqlıdır, çünki biz qarşılıqlı faydalı layihələrdən danışa bilərik və xarici tərəfdaşlarla da bunu axtarırıq", - Peskov izah edib.
Bundan əvvəl Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriev bildirib ki, Moskva və Vaşinqton nadir torpaq metallarının hasilatı üzrə artıq danışıqlara başlayıb.



Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər