Bütün xəbərlər
Tacikistan və Qırğızıstan sərhəd müqaviləsinin ratifikasiya sənədlərini mübadilə edirlər
Tarix: 31-03-2025 08:26 | Bölmə: Karusel

 Tacikistan və Qırğızıstan prezidentləri Emoməli Rəhmon və Sadır Japarov iki dövlət arasında sərhəd müqaviləsinin ratifikasiya sənədlərinin mübadiləsinə dair protokol imzalayıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS-ın məlumatına görə, mərasim Tacikistanın Xucand şəhərində baş tutub.
Martın 13-də Japarov və Rəhmon Bişkekdə dövlət sərhədi haqqında saziş imzalayıblar.
Qeyd olunur ki, sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar 23 ildir ki, davam edir.Həll olunmamış sərhəd məsələsi dəfələrlə Qırğızıstan və Tacikistan arasında münaqişələrə səbəb olub.



Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər