Bütün xəbərlər
Tonqa sahillərində ikinci 6,1 bal gücündə zəlzələ baş verdi
Tarix: 30-03-2025 22:53 | Bölmə: Karusel

 Okeaniyada, Tonqa Krallığının sahillərində 6,1 bal gücündə daha bir zəlzələ qeydə alınıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Seysmoloqların məlumatına görə, yeraltı təkan UTC saat 15:04-də (Moskva vaxtı ilə 18:04) Panqay şəhərindən təqribən 82 kilometr cənub-şərqdə baş verib. Mənbənin dərinliyi 10 kilometr olub. Zəlzələ bölgəsində 1,7 minə yaxın insan yaşayır. Sunami xəbərdarlığı yoxdur.
Zəlzələ nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.
Bundan əvvəl ABŞ seysmoloqları və meteoroloqları Okeaniyanın Tonqa Krallığının sahillərində 7,1 bal gücündə güclü zəlzələnin qeydə alındığını bildirmişdilər. Sunami dalğalarının episentrdən 300 kilometr radiusda olan ərazini potensial təhlükə altına sala biləcəyi barədə xəbərdarlıq da edilib.



Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər