Bütün xəbərlər
İbadət evinə yanar maye şüşələri atıblar
Tarix: 30-03-2025 19:22 | Bölmə: Karusel

 Moskva vilayətinin Yeqoryevsk şəhərində naməlum şəxslər Parijskoy Kommunı küçəsində yerləşən ibadət evinə bir neçə şüşə molotov kokteyli ataraq onu yandırmağa cəhd ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsindən TASS-a verilən məlumata görə, faktla bağlı başqasının əmlakının qəsdən məhv edilməsi maddəsi ilə cinayət işi açılıb.
Hücum Fitr bayramı ərəfəsində baş verib. Moskva Vilayəti Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Ruslan Abyasov dindaşlarına dəstək olmaq üçün fövqəladə hadisə yerinə gəlib.



Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər