Bütün xəbərlər
Fiqurlu konkisürən İlya Malinin ikiqat dünya çempionu oldu
Tarix: 30-03-2025 10:43 | Bölmə: Karusel

 Amerika idmançısı İlya Malinin Bostonda keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatının qalibi oldu.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qısa və sərbəst proqramların nəticələrinə əsasən, Malinin 318,56 (110,41+208,15) bal toplayıb. İkinci yeri qazaxıstanlı Mixail Şaidorov (287,47 xal), ilk üçlüyü isə yaponiyalı Yuma Kaqiyama (278,19) tamamlayıb.
20 yaşlı Malinin Rusiya əsilli fiqurlu konkisürənlər Tatyana Malinina və Roman Skornyakovun oğludur. İlya üçün Dünya Çempionatındakı bu qələbə ardıcıl ikinci oldu.
Dünya çempionatı Ukraynadakı vəziyyətə görə Rusiya və Belarus idmançılarını yarışlardan kənarlaşdıran Beynəlxalq Konkisürmə İttifaqının (ISU) himayəsi altında keçirilir.
Bir gün əvvəl qadınların təkbətək yarışında amerikalı Alysa Liu qalib gəldi. O, 2006-cı ildən bəri qadınların tək konkisürmə yarışlarında qızıl medal qazanan ilk Amerika fiqurlu konkisürən olub.




Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər