Bütün xəbərlər
General Kliş: "Polşada hərbi xidmətə çağırışın qaytarılması qaçılmazdır"
Tarix: 29-03-2025 17:20 | Bölmə: Karusel

 Polşa hərbi xidmətə çağırışın qaytarılmasından qaça bilməz, çünki ordu üçün kütləvi ehtiyat yaratmaq lazımdır. 
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının rəisi, general Maçey Klis bildirib.
Eyni zamanda, o, ölkə hakimiyyətinin hələlik bu tədbiri müzakirə etmədiyini və hərbi idarənin potensial çağırışçıların imkanlarına uyğunlaşdırılacaq təlim proqramı hazırlayır.
"Mən hərbçi kimi cavab verəcəm. Bəli, hesab edirəm ki, hərbi xidmətin (hərbi xidmətə çağırışla) qaytarılması qaçılmazdır", - general Polsat telekanalında deyib.
Bundan əvvəl Polşa Daxili İşlər Nazirliyi vətəndaşları müstəqil yaşamaq üçün üç günlük ehtiyat yaratmağa çağırmışdı. Rəsmilər insanlara su, dərman, gigiyena vasitələri, qida ləvazimatları, fənərlər, akkumulyatorlar və tranzistor radioları toplamaq tövsiyə edib.



Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər