20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
Myanmarda yeni zəlzələ olub
Tarix: 29-03-2025 15:57 | Bölmə: Karusel

 Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin seysmoloqları Myanmada yeni zəlzələ barədə məlumat veriblər. 
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun maqnitudası 5,1 olub.
Yeraltı təkanların episentri ölkənin paytaxtı Neypidodan 19 kilometr aralıda yerləşib. Zəlzələ saat 15:50-də (Moskva vaxtı ilə 12:20) baş verib.
Zəlzələnin nəticələri ilə bağlı hələlik məlumat yoxdur.
Bundan əvvəl Myanmada martın 28-də baş vermiş zəlzələ nəticəsində ölənlərin sayının min nəfəri ötdüyü məlum olub. 2400-ə yaxın insan yaralanıb, çoxu itkin düşüb. Zəlzələ 7,7 bal gücündə olub və qonşu ölkələrdə, o cümlədən Tailandda hiss olunub.



Baxış sayı: 230


Bölməyə aid digər xəbərlər