Bütün xəbərlər
Yanğın təlimi zamanı Daxili İşlər Nazirliyinin mərkəzinin təlimatçısı həlak olub
Tarix: 28-03-2025 22:21 | Bölmə: Karusel

Pskov vilayətində Rusiya Daxili İşlər Nazirliyinin regional mərkəzinin təlimatçısı atəş təlimi zamanı həlak olub. 
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Pskov vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.
İdarədən verilən məlumata görə, faciə martın 28-də baş verib. Polis mayoru əvvəlcə silahla ehtiyatsız davranması nəticəsində döyüş tapançasından ağır yaralanıb.Ona kömək etmək istəsələr də, o, təcili yardımı gözləmədən yerindəcə keçinib.
Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb. Hadisə yerində məhkəmə-tibb ekspertlərinin də daxil olduğu istintaq qrupu işləyir. Bir sıra məhkəmə-tibbi ekspertizalar təyin edilib.



Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər