Bütün xəbərlər
Basayevi tərifləyən Rusiya vətəndaşı saxlanılıb
Tarix: 28-03-2025 12:24 | Bölmə: Karusel

 Təhlükəsizlik qüvvələri Soçidə özünün Telegram kanalında Şamil Basayevi tərifləyən yazılar dərc edən Rusiya və Abxaziya vətəndaşını saxlayıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Agentliyin məlumatına görə, 37 yaşlı şəxs 1991-2006-cı illərdə Çeçenistanda quldur dəstələrinin rəhbərlərini, xüsusən də terrorçu Şamil Basayevi vəsf edən silsilə nəşrlər hazırlayıb.
Soçi sakininə qarşı terror fəaliyyətinə açıq çağırışlar, terrorçuluğa ictimai bəraət qazandırmaq və ya terrorizmi təbliğ etmək maddələri ilə cinayət işi açılıb. Onu 7 ilə qədər həbs cəzası gözləyə bilər.



Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər