Bütün xəbərlər
Qaqauziya sakinləri Qutsula dəstək yürüşü üçün Kişinyova gediblər
Tarix: 28-03-2025 12:10 | Bölmə: Karusel

 Qaqauziya sakinləri muxtariyyətin həbsdə olan rəhbəri Yevgeniya Qutsula dəstək yürüşündə iştirak etmək üçün Moldovanın paytaxtına gedirlər. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bunu TASS agentliyinə parlamentin deputatı, “Qələbə” müxalifət blokunun fəalı Vasili Bolya deyib.
Onun sözlərinə görə, vətəndaşlar hakimiyyətin maneələrinə baxmayaraq, səhər tezdən öz avtomobilləri ilə Kişinyova yola düşüblər.
"Hətta təcili yardım maşınlarının Komratdan çıxmasına icazə verilmir. Onlar yalnız Cahula gedən yolu qoyublar - bu, Qaqauziyanın cənubundakı bələdiyyədir, oradan yalnız Ukrayna və ya Rumıniyaya çıxış var", - o qeyd edib.
Deputat həmçinin bildirib ki, Qutsul işi üzrə iki məhkəmə iclası martın 28-də baş tutacaq. Məhkəmə iclasları zamanı prokurorluq muxtariyyət rəhbərinin 30 sutka müddətinə həbs olunmasını tələb etməyi planlaşdırır.
Xatırladaq ki, çərşənbə axşamı, martın 25-də Moldovanın “Beşinci kanalı” Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun Kişinyov hava limanında heç bir izahat vermədən saxlanılması barədə məlumat yayıb. O, 72 saat həbsdə saxlanılıb. Daha sonra o, kampaniyada vəsait toplamaq pozuntularında ittiham olunub.
Bundan əvvəl Rusiya da ATƏT-in baş katibinə və təşkilatın icra strukturlarının rəhbərlərinə rəsmi məktublar göndərərək, Moldova hakimiyyətinə təzyiq göstərməyi və onlardan Qaqauziyanın Başkanı (rəhbəri) Yevgeniya Qutsulun həbsdən tezliklə azad edilməsini tələb edib.



Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər