Bütün xəbərlər
İki uşağa işgəncə verdiyinə görə 3,5 il müddətinə azadlıqdan məhrum edilib
Tarix: 28-03-2025 12:05 | Bölmə: Karusel

 Maqadanda bir qadın yoldaşı ilə birlikdə azyaşlı oğluna və qızına sistemli şəkildə işgəncə verib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Maqadan Şəhər Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Onlar qeyd ediblər ki, yerli sakin “hərbi xidmətlə bağlı müqavilə bağlandığına görə barəsində cinayət işi dayandırılmış şəxslə birlikdə” iki uşağa qulaq asmadığı və ya məktəbdə dərsdə zəif nəticə göstərdiyi üçün sistematik işgəncələr verərək onlara ruhi əzab verib. Azyaşlılar tənəkə və şüşə qabların, duzlu noxudun üstündə hərəkətsiz dayanmağa məcbur olublar.
Qıza qapalı kəllə-beyin travması, beyin silkələnməsi, çoxsaylı qançırlar və sıyrıqlar diaqnozu qoyulub ki, müayinənin nəticələrinə görə, ən azı 74 travmatik zərbə nəticəsində yaranıb.
Qadın iki uşağa işgəncə verməkdə və valideynlik vəzifələrini lazımınca yerinə yetirməməkdə təqsirli bilinib. O, 3,5 il müddətinə azadlıqdan məhrum edilib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. O, həmçinin zərərçəkmişlərə mənəvi ziyana görə pul kompensasiyası ödəməli olacaq.
Hökm hələ qanuni qüvvəyə minməyib.



Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər