Bütün xəbərlər
Putin “Arxangelsk” nüvə sualtı qayığına minib
Tarix: 27-03-2025 23:13 | Bölmə: Karusel

 Rusiya prezidenti Vladimir Putin Murmanska işgüzar səfəri zamanı “885M” layihəsinin “Yasen-M” nüvə sualtı qayığını ziyarət edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Sualtı qayığın 2024-cü il dekabrın 27-də Rusiya Hərbi Dəniz Qüvvələrində xidmətə başladığı vurğulanır. Kreyserin heyəti hazırda əsas təlim dövrünü başa vurub və dənizdə tapşırıqları yerinə yetirməyə hazırlaşır.
Arxangelsk çoxməqsədli sualtı qayıqdır ki, o, dəniz minaları və torpedalarından əlavə, Kalibr qanadlı raketləri, "Oniks" gəmi əleyhinə raketləri və "Zirkon" hipersəs raketlərini daşıya bilir.
Bundan əlavə, Putin “Yasen” layihəsinin altıncı gəmisi olan yeni nüvə sualtı gəmisi “Perm”in buraxılış mərasimində videobağlantı vasitəsilə iştirak edib.



Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər