Bütün xəbərlər
Zaporojye AES-də avtomobili partlatmağa cəhd edən Ukrayna vətəndaşı 18 il müddətinə azadlıqdan məhrum edilib
Tarix: 27-03-2025 16:00 | Bölmə: Karusel

 Cənub Dairə Hərbi Məhkəməsi Ukrayna vətəndaşı Sergey Potınqanın Zaporojye AES-də (NuPPNZT) dayanacağında asayiş keşikçisinin avtomobilini partlatmağa cəhd etdiyinə görə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, FSB-nin Zaporojye vilayəti üzrə İdarəsinin məlumatına görə, 2022-ci ilin martında Potinqa Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən yaradılmış terror qruplaşmasına qoşulub və Zaporojye AES-ə çıxışı olan avtomobillər haqqında məlumat toplayıb. 2023-cü ilin mayında o, asayiş keşikçisinin maşınının altına partlayıcı qurğu qoyub, lakin saxlanılıb.
Məhkəmənin hökmü ilə Potınqa 18 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökm qanuni qüvvəyə minməyib.



Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər