Bütün xəbərlər
Jurnalist Ponomarenkonun həbs müddəti həbsxanada hücuma görə 3 ilə qədər uzadıldı
Tarix: 27-03-2025 15:49 | Bölmə: Karusel

 Ordu ilə bağlı saxta xəbərlərdə təqsirli bilinən "RusNews" jurnalisti Mariya Ponomarenkoya islah müəssisəsinin əməkdaşına hücum etdiyi üçün əlavə 1 il 10 ay həbs cəzası verilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cəzaların cəminə əsasən, o, 3 ili ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Şipunovski Rayon Məhkəməsinin məlumatına görə, o, həmçinin 5 il müddətinə sayt və kanalları idarə etmək hüququndan məhrum edilib və ona məcburi ambulator müalicə təyin edilib.
Bundan əvvəl Ponomarenko Mariupol hadisələri ilə bağlı yalan məlumat yaydığına görə 6 il həbs cəzası alıb.



Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər