Bütün xəbərlər
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları yumşaltmağı planlaşdırmır
Tarix: 27-03-2025 12:06 | Bölmə: Karusel

 Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları yumşaltmağı planlaşdırmır. 
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu ilin iyul ayının sonunda başa çatacaq anti-Rusiya sanksiyalarını yumşaltmaq planı yoxdur. Bu barədə “Euractiv” nəşri avropalı diplomata istinadən yazır.
Nəşr yazır ki, Rusiyaya qarşı sanksiyalar iyulun 31-dək qüvvədə olacaq.
“Sanksiyalar uzadılana qədər (iyulda) heç nə dəyişməyəcək və biz çalışacağıq ki, heç nə dəyişməsin, çünki Rusiyanın məqsədləri dəyişməyib”, – diplomat məqalədə sitat gətirir.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Mark Rubio Yamaykada keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Rusiyanın Qara dənizdə zərbələrə moratoriumun tətbiqi ilə bağlı irəli sürdüyü şərtlərə digər məsələlərlə yanaşı, Avropa ölkələrinin tətbiq etdiyi sanksiyaların ləğvi də daxildir.



Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər