Bütün xəbərlər
1000 kvadratmetrlik zibil anbarı yanır
Tarix: 26-03-2025 09:48 | Bölmə: Karusel

 Fövqəladə Hallar Nazirliyi Krasnoyarskın Energetikov küçəsində baş vermiş böyük yanğını söndürür.Yanğın istifadəsiz tikilidə təxminən 1000 kvadratmetr ərazini əhatə edib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, bina tullantıların saxlanması üçün istifadə olunur.
İdarədən bildirilib ki, yanğının söndürülməsi üçün yanğınsöndürmə briqadası gücləndirilib - hazırda hadisə yerində 41 əməkdaş və 13 texnika çalışır. Yanğının mənbəyini kəşf etmək üçün dronlardan istifadə edilməsi planlaşdırılır.
Bundan əlavə, mütəxəssislər zərərli maddələrin normadan artıq olub olmadığını müəyyən etmək üçün hava analizi aparacaqlar.



Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər