Bütün xəbərlər
Partlayıcı hazırladığına görə 18 il alıb
Tarix: 25-03-2025 21:42 | Bölmə: Karusel

 Belqorod vilayətində məhkəmə Soloti kənd sakinini dövlətə xəyanətdə və terror aktı hazırlamaqda ittiham edərək 18 il müddətinə azadlıqdan məhrum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müəyyən edildiyinə görə, ukraynalı yaraqlıların sifarişi ilə həmin şəxs Rusiyanın təhlükəsizliyinə qarşı istifadə etməyi planlaşdırdığı partlayıcı maddələr hazırlayıb, FSB-nin regional idarəsi bildirib.
Bundan əlavə, məhkum hərbi nəqliyyata zərər vurmaq üçün 1000-dən çox itilənmiş metal əşyalar hazırlayıb. FSB əməkdaşları cinayətkarı vaxtında müəyyən etdiyi üçün o, planını həyata keçirə bilməyib.
Həmin şəxs dövlətə xəyanətdə, terror təşkilatında iştirakda, partlayıcı maddələrin hazırlanmasında və saxlanmasında təqsirli bilinib.



Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər