Bütün xəbərlər
SVO üzvünü döyən şəxslərə ölüm hökmü çıxarılıb
Tarix: 25-03-2025 21:23 | Bölmə: Karusel

Krasnodar məhkəməsi xüsusi əməliyyat iştirakçısını ölümcül döyməkdə təqsirli bilinən iki nəfəri ciddi rejimli cəzaçəkmə müəssisəsində 6 və 7 il müddətinə azadlıqdan məhrum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə 2023-cü ilin noyabrında Krasnoarmeyskaya küçəsində yerləşən gecə klubunun yaxınlığında baş verib. Baş verən münaqişə zamanı müəssisənin mühafizəçisi yerə yıxılan şəxsin başına təpik və üzünə bibər qazı vurub.
Bir müddət sonra həmin küçədə zərərçəkmiş bir neçə nəfər tərəfindən yenidən döyülüb.Nəticədə o, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Krasnodar diyarı prokurorluğunun Telegram-kanalında bildirilib ki, məhkəmə klubun mühafizəçisini və davanın digər iştirakçısını ehtiyatsızlıqdan zərərçəkənin ölümü ilə nəticələnən qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilib.



Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər