Bütün xəbərlər
Şarm əl-Şeyxə uçan təyyarə sərnişinə görə Soçiyə məcburi eniş edib
Tarix: 25-03-2025 21:13 | Bölmə: Karusel

Tümendən Şarm əl-Şeyxə uçan təyyarə qəflətən səhhəti pisləşən sərnişinə görə Soçiyə enib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ekipaj təcili eniş etmək qərarına gəlib.
“AZUR air” aviaşirkətindən verilən məlumata görə, eniş adi rejimdə baş tutub, sərnişin dərhal təcili tibbi yardım əməkdaşlarına təhvil verilib. “Kommersant” xəbər verir ki, daha sonra təyyarə Misirə uçuşunu davam etdirib və yerli vaxtla saat 16:16-da yerə enib.



Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər