Bütün xəbərlər
Mahaçqala hava limanında iğtişaşların daha 13 iştirakçısına hökm oxunub
Tarix: 25-03-2025 18:10 | Bölmə: Karusel

Stavropol diyarında 2023-cü ildə Mahaçqala hava limanında baş vermiş iğtişaşların 13 iştirakçısı mühakimə olunub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Baş Prokurorluğunun məlumatına görə, təqsirləndirilən şəxslər ümumi rejimli cəzaçəkmə müəssisəsində 7 ildən 10,5 ilədək həbs cəzası alıblar.
Bütün müttəhimlər Rusiya Cinayət Məcəlləsinin üç maddəsi ilə təqsirli biliniblər: nəqliyyat təhlükəsizliyi tələblərinin pozulması, hökumət nümayəndəsinə qarşı zorakılıq tətbiq edilməsi və kütləvi iğtişaşlar.
Uytaş hava limanında iğtişaşlar 2023-cü ilin oktyabr ayının sonunda baş verib. İsraildən gələn təyyarənin qəbuluna etiraz edən izdiham hava limanının binasına basqın edib. İğtişaşçılar hava limanını bağlayaraq uçuş-enmə zolağına keçiblər.
İğtişaşçılar hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinə müqavimət göstərib.Nəticədə 23 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
2025-ci ilin fevralında həmin hadisələrin daha beş iştirakçısına hökm çıxarılıb.



Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər