Bütün xəbərlər
Peskov Rusiya və ABŞ arasında Ər-Riyadda keçiriləcək danışıqların məzmununun dərc olunmayacağını bildirib
Tarix: 25-03-2025 13:58 | Bölmə: Karusel

Ər-Riyadda keçirilən Rusiya-Amerika danışıqlarının məzmunu, görüş texniki xarakter daşıdığından dərc edilməyəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O qeyd edib ki, danışıqlar "təfərrüatlara dalaraq" aparılıb.
"Ona görə də, təbii ki, bu danışıqların məzmunu mütləq ictimaiyyətə açıqlanmayacaq. Bunu gözləmək lazım deyil", - Peskov jurnalistlərə deyib.
Kreml nümayəndəsi əlavə edib ki, hazırda Moskva və Vaşinqtonda tərəflərin hesabatları təhlil edilir. Bəzi “anlayışlar” haqqında sonra danışa bilərik.
Rusiya və ABŞ nümayəndələri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlar texniki fasilələrlə 12 saatdan çox davam edib. Digər məsələlərlə yanaşı, onlar ərazi məsələlərini, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini və ABŞ-ın Ukraynadakı atom elektrik stansiyalarına nəzarət etmək imkanlarını müzakirə ediblər.



Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər