Bütün xəbərlər
Soçidə münsiflər heyəti uşağı kəmərlə döyərək öldürən şəxsi təqsirli bilib
Tarix: 24-03-2025 20:25 | Bölmə: Karusel

Münsiflər heyəti İqor Savvateyevi qayınanasının kiçik qızını kəmərlə döyərək öldürməkdə təqsirli bilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Krasnodar diyarı məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.
Həmin şəxs işgəncə verməkdə və ehtiyatsızlıqdan ölümlə nəticələnən ağır bədən xəsarəti yetirməkdə ittiham olunub.
"Münsiflər heyətinin təqsirli hökmü əsasında məhkəmə hökm çıxaracaq", - məhkəmədən aydınlıq gətirilib.
Münsiflər heyətinin qərarına görə, kişi güzəştə layiq deyil.
İstintaqın məlumatına görə, 2023-cü il mayın 27-də 7 yaşlı qızın davranışından narazı qalan şəxs ona hücum edərək, dəri kəmərlə bədəninin müxtəlif nahiyələrinə 15-17 zərbə endirib. Döyüldükdən sonra böyüklərdən heç biri həkimə müraciət etməyib. Uşağın vəziyyəti ağırlaşanda ana yenə də təcili yardım çağırsa da, qız xəstəxanaya çatmamış təcili yardım maşınında dünyasını dəyişib.



Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər