Bütün xəbərlər
Fahişəlik təşkil edən mütəşəkkil cinayətkar qrupun üzvlərinə hökm oxunub
Tarix: 24-03-2025 15:57 | Bölmə: Karusel

Ufada fahişəliyin təşkili ilə məşğul olan, o cümlədən azyaşlıları cəlb edən cinayətkar qrupun 21 üzvünə hökm oxunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, istintaq və məhkəmə müəyyən edib ki, 2022-ci ilin fevralından 2023-cü ilin aprelinə qədər 19-42 yaş arası 21 kişi və qadından ibarət cinayətkarlar Ufada azı dörd salon təşkil ediblər. Rusiya İstintaq Komitəsinin Başqırdıstan Respublikası üzrə İstintaq İdarəsinin rəsmi Telegram kanalının məlumatına görə, təşkilatçı 16 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində, qalanları 2,5 ildən 9,5 ilədək ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkəcəklər.
Məhkəmə salonunda  13 adam nəzarətə alındı, 8 nəfərə isə möhlət verildi. Mütəşəkkil cinayətkar dəstənin fəaliyyəti Daxili İşlər Nazirliyi tərəfindən dayandırılıb.



Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər