Bütün xəbərlər
"Su-25" hücum təyyarəsi qəzaya uğrayıb
Tarix: 24-03-2025 15:52 | Bölmə: Karusel

Martın 24-də "Su-25" hücum təyyarəsi Primorsk diyarında planlı təlim uçuşu zamanı qəzaya uğrayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, pilot havaya qalxmağı bacarıb və axtarış-xilasetmə qrupu tərəfindən təxliyyə edilib.
Rusiya Müdafiə Nazirliyi pilotun həyatı üçün təhlükə olmadığını bildirib. Təyyarə yaşayış olmayan əraziyə düşüb, yerdə heç bir ziyan olmayıb, uçuş sursatsız həyata keçirilib. Qəzanın ilkin səbəbi texniki nasazlıqdır.
Hadisə yerinə Rusiya Aerokosmik Qüvvələrinin komissiyası göndərilib.



Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər