Bütün xəbərlər
Keçmiş müdafiə nazirinin müavininin məhkəməsi başlayır
Tarix: 24-03-2025 13:01 | Bölmə: Karusel

 Moskva Şəhər Məhkəməsi yaxın vaxtlarda Rusiya Federasiyasının keçmiş müdafiə nazirinin müavini Timur İvanov və iş üzrə ikinci müttəhim Anton Filatovun cinayət işinə baxmağa başlayacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva şəhərinin ümumi yurisdiksiya məhkəmələrinin rəsmi Telegram kanalı bildirib ki, məhkəmə Rusiya Federasiyası müdafiə nazirinin keçmiş müavini Timur İvanov və ikinci şübhəli Anton Filatovun cinayət işinə baxmağa başlayır.
Bundan əvvəl bildirilmişdi ki, iş üzrə iki təqsirləndirilən şəxs - iş adamları Aleksandr Fomin və Sergey Borodin təqsirli olduqlarını etiraf ediblər.



Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər