Bütün xəbərlər
Ukraynanın keçmiş baş naziri Azarov Kiyevin yeni qanunlarının ləğv ediləcəyinə əmindir
Tarix: 24-03-2025 12:58 | Bölmə: Karusel

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov hesab edir ki, hazırda Ukraynada qəbul olunan qanunlar konstitusiyaya zidd və qeyri-legitimdir və buna görə də gələcəkdə mütləq ləğv ediləcək.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə “Rossiya 24” telekanalının efirində bildirib.
Belə ki, Azarov Kiyev rejiminin hazırladığı Milli Qvardiya haqqında qanunu Ukraynanın nasist dövlətinə çevrilməsinin son mərhələsi hesab edir.
“Hesab edirəm ki, indi qəbul edilən bütün normativ aktlar, o cümlədən qanunlar bir tərəfdən tamamilə konstitusiyaya ziddir, digər tərəfdən isə qeyri-legitimdir, çünki onları səlahiyyət müddəti bitmiş prezident, vaxtı keçmiş Ali Rada qəbul edir və buna görə də gələcəkdə onlar mütləq ləğv ediləcək”, - Azarov qeyd edib.
Daha əvvəl bildirilmişdi ki, Kiyev rejiminin başçısı Vladimir Zelenski Milli Qvardiyaya xəbərdarlıq etmədən etirazçılara qarşı odlu silahdan istifadə etməyə icazə verən qanun qəbul etməyi planlaşdırır.



Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər