Bütün xəbərlər
Uşaqlar buzun içinə düşüb, dalğıclar ölən məktəblini axtarır
Tarix: 23-03-2025 22:09 | Bölmə: Karusel

Faciəvi hadisə Leninqrad vilayətinin Tosnenski rayonunun Nikolskoye şəhərində baş verib, İstintaq Komitəsinin regional qərargahının mətbuat xidməti bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bazar günü, martın 23-də iki uşaq Tosna çayının buzunun üzərinə çıxaraq suya düşüb.
“Yoldan keçən biri azyaşlılardan birini çuxurdan çıxara bilsə də, ikinci azyaşlı boğularaq ölüb”, - məlumatda deyilir.
İstintaq Komitəsi aydınlaşdırıb ki, uşaqların 12-13 yaşlarında olduğu görünür.
Hazırda hadisə yerinə baxış keçirilir və hadisə şahidləri dindirilir. Rusiya Fövqəladə Hallar Nazirliyinin dalğıcları da gəlib və axtarış işlərinə başlanılıb.



Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər