Bütün xəbərlər
"Star": İstanbulun Bələdiyyə başçısı İmamoğlunun həbsinin terror ittihamı ilə əlaqəsi yoxdur
Tarix: 23-03-2025 15:08 | Bölmə: Karusel

İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunun terrorla bağlı istintaq çərçivəsində həbs edilməsi tələbi rədd edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Türkiyənin “Star” qəzeti rəsmi mənbələrə istinadən yazır ki, İmamoğlu korrupsiya işi üzrə həbs edilib. Terrorla bağlı ittihamlarla həbs olunma tələblərinin rədd edildiyi vurğulanır.
“Star” yazır: “(İstanbul Bələdiyyə başçısı Əkrəm İmamoğlunun) maliyyə cinayətlərinə görə həbs edilməsi və terrorla bağlı ittihamlarla həbs tələbinin rədd edilməsi barədə qərar qəbul edilib”.
Əkrəm İmamoğlu martın 19-da saxlanılıb. Daha sonra Baş Prokurorluq onu korrupsiyada və terrorçularla əməkdaşlıqda ittiham edib.
İmamoğlunun həbsindən sonra İstanbul Valiliyi martın 23-dək bütün mitinq və nümayişləri qadağan etmək qərarına gəlib. Buna baxmayaraq, siyasətçinin tərəfdarları küçələrə çıxaraq kütləvi etiraz aksiyaları keçirməyə başlayıblar. Türkiyə polisi artıq 323 nəfəri saxlayıb və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətin “küçə terroru” təşkil etməyə çalışdığını bildirib.
Martın 23-də məhkəmə Türkiyə prokurorluğunun İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunun məhkəməyə qədər həbs-qətimkan tədbiri seçilməsinə dair vəsatətini təmin edib.



Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər