Bütün xəbərlər
SHOT: Moskva polisi 17 illik axtarışdan sonra mütəşəkkil cinayətkar qrupunun üzvünü saxlayıb
Tarix: 23-03-2025 12:08 | Bölmə: Karusel

Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları 17 ildir axtarışda olan “Sokolniki” mütəşəkkil cinayətkar qrupunun üzvü Yuri Kaşirini saxlayıblar. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, həmin şəxs martın 20-də Ostankinskaya küçəsi 1 ünvanında yerləşən mənzilində saxlanılıb. O, hələ 2008-ci ilin sentyabrında, mütəşəkkil cinayətkar qrup üzvlərindən biri Andrey Korolevin meyiti aşkar edildikdən sonra axtarışa verilib. Korolevin meyiti Moskvanın Stromınka küçəsində avtomobilin içərisində tapılıb.
İstintaqın məlumatına görə, Korolev ölümündən bir müddət əvvəl tanışı "Samovar" ləqəbli Yuri Kaşirini görüşə dəvət edib. Söhbət zamanı münaqişədən sonra məsələni həll edəcəkləri planlaşdırılırdı.
Kaşirin bildirib ki, 2008-ci il sentyabrın 18-də o, Korolevi öz qarajına dəvət edib və orada onu nasoslu ov tüfəngi ilə vurub. Bundan sonra Kaşirin Korolevin cəsədini maşına yükləyib küçədə qoyub. O, qətl silahını Yauzaya atıb.
Kaşirinə qarşı adam öldürmə maddəsi ilə cinayət işi açılıb.



Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər