Bütün xəbərlər
Filippində itən rusiyalı turist sağ tapılıb
Tarix: 22-03-2025 16:47 | Bölmə: Karusel

Filippində itkin düşən rusiyalı turist Anton Çernov sağ-salamat tapılıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın ölkədəki səfirliyi onun həyatı üçün təhlükə olmadığını bildirib.
Martın 19-da Çernov altı əcnəbidən ibarət qrupun tərkibində Valensiya şəhərində Talinis dağına yürüş zamanı yoxa çıxıb.İlkin məlumatlara görə, turistlərin gecələmək və ya uzun müddət qalmaq üçün ləvazimatları olmayıb.
"İki günlük axtarış-xilasetmə əməliyyatı nəticəsində Rusiya vətəndaşı Anton Çernov martın 22-də Amlan şəhəri ərazisində tapılıb", - RİA Novosti Rusiyanın Filippindəki səfirliyindən bildirib.
Rusiya diplomatik missiyası aydınlaşdırıb ki, Çernovun həyatı hazırda təhlükədə deyil və səfirlik hüquq-mühafizə orqanları ilə daim əlaqə saxlayır.Qeyd olunur ki, Rusiya artıq hadisə ilə bağlı hesabat tələb edib.



Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər