Bütün xəbərlər
Serbiya Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləməyib
Tarix: 22-03-2025 15:10 | Bölmə: Karusel

Serbiya Qərbin anti-Rusiya sanksiyalarına qoşulmayıb və gələcəkdə də bu xəttə sadiq qalacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu respublikanın baş nazirinin müavini Aleksandr Vulin Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşü zamanı deyib.
Şoyqu ilə Vulin arasında görüş Moskvada baş tutub. Tərəflər təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığı və Novi Sad dəmir yolu vağzalında baş vermiş faciə ilə əlaqədar 2024-cü ilin noyabrından hökumət əleyhinə etirazların davam etdiyi Belqraddakı mövcud vəziyyəti müzakirə ediblər.
“Bildiyiniz kimi, biz Qərbin Rusiya Federasiyasına qarşı sanksiyalarına qoşulmamışıq və bu xətti davam etdirəcəyik”, - Vulin bildirib.
Mart ayında Serbiyanın xarici işlər naziri respublikanın BMT-də Rusiya əleyhinə qətnaməyə verdiyi səsverməni geri götürdüyünü bəyan edib. Şoyqu ilə görüş zamanı baş nazirin müavini Vulin Serbiyanın ilkin qərarını “düzəliş edilmiş səhv” adlandırıb.



Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər