Bütün xəbərlər
Polis qaraçı icmalarına reyd keçirib
Tarix: 21-03-2025 12:56 | Bölmə: Karusel

Hüquq-mühafizə orqanlarının əməkdaşları Leninqrad vilayətinin kompakt qəsəbələrində qaraçıların məskunlaşdığı ərazilərdə reyd keçirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, polis əməkdaşlarının Novoselye kəndində yeraltı narkotik laboratoriyasını ləğv etməsindən az sonra baş verib.
Qanunsuz dövriyyədən 28 kiloqramdan artıq sintetik narkotik vasitə olan metadon aşkar edilərək götürülüb.
Sankt-Peterburq polisinin məlumatına görə, hadisə yerində əməliyyatçılar qanunsuz istehsal təşkil etmək üçün ev kirayələyən köçəri xalqın iki nümayəndəsini – Smolensk vilayətinin sakinlərini saxlayıblar.
Faktla bağlı “Narkotik vasitələrin qanunsuz dövriyyəsi” maddəsi ilə cinayət işi açılıb.
"Qeyri-qanuni biznesin təşkilatçılarının etnik mənsubiyyətini və daxil olan əməliyyat məlumatlarını nəzərə alaraq, polis Tosnenski və Vsevolojski rayonlarında köçəri xalq nümayəndələrinin kompakt yaşadığı ərazilərdə məqsədyönlü reydlər keçirib", - Daxili İşlər Nazirliyinin regional qərargahı izah edib.
Qeyd olunur ki, ümumilikdə ona yaxın ünvan yoxlanılıb.
Keçirilən reydlər nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq üçün maraqlı olan əməliyyat əhəmiyyətli məlumatlar əldə ediblər.




Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər