Bütün xəbərlər
Zelenskinin Cənubi Afrikaya səfəri aprelin 24-nə təxirə salınıb
Tarix: 20-03-2025 21:57 | Bölmə: Karusel

Ukrayna prezidenti Vladimir Zelenskinin Cənubi Afrika Respublikasına səfəri aprelin 24-nə təxirə salınıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika prezidentinin rəsmi nümayəndəsi Vinsent Maqvenya keçirdiyi brifinqdə məlumat verib.
Maqvenyanın sözlərinə görə, səfər Zelenskinin şəxsi xahişi ilə təxirə salınıb.Səfərin əvvəlcədən planlaşdırılan 10 aprel tarixində baş tutmamasının səbəbləri açıqlanmayıb.
"Səfər Ukraynadakı böhranın sülh yolu ilə həllinə yönələcək", - Maqvenya qeyd edib və səfərin işçi xarakter daşıyacağını vurğulayıb.
Əvvəllər bildirilirdi ki, Zelenskinin Cənubi Afrikaya səfəri dövlət xarakteri daşımalı idi.Zelenskiyə Cənubi Afrikaya səfərə dəvət yanvar ayında göndərilib.İndi görüş planlaşdırılandan iki həftə gec baş tutacaq.
Bundan əvvəl Kiyev rejiminin rəhbəri Finlandiyaya səfər edib.



Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər