Bütün xəbərlər
Artem Dzyuba Rusiya Milli Futbol Komandası tarixində ən çox qol vuran oyunçu oldu
Tarix: 19-03-2025 22:16 | Bölmə: Karusel

Artem Dzyuba Rusiya milli futbol komandasının heyətində vurduğu qolların sayına görə Aleksandr Kerjakovu keçərək yeni rekorda imza atıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qrenada ilə yoldaşlıq görüşündə o, 56-cı oyununu keçirərək, millinin heyətində 31-ci qolunu vurub. Müqayisə üçün qeyd edək ki, Aleksandr Kerjakov millinin heyətində 92 oyunda 30 qol vurub.
Qrenada ilə bu matç Dzyubanın 2021-ci ilin yayından sonra milli komandanın heyətində ilk dəfə meydana çıxması idi. Həmin müddətdə o, Avropa çempionatının qrup mərhələsinin final oyununda iştirak edərək, Danimarka yığması ilə Rusiyanın 1:4 hesablı məğlubiyyəti ilə başa çatan oyunda penaltini qola çevirib.
Qrenada ilə görüşdə Artem Dzyuba meydana komandanın kapitanı kimi daxil olub.



Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər