Bütün xəbərlər
20-yə yaxın balıqçı qırılmış buz parçasının üzərində qalıblar
Tarix: 19-03-2025 14:37 | Bölmə: Karusel

Yaroslavl vilayətində 20-yə yaxın balıqçı qopmuş buzlaqda qalıb. Onların hamısı təxliyə edilib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi özünün Telegram kanalında məlumat yayıb.
Bildirilir ki, insanlar Volqa çayı sahilindən 20 metr aralıda buz yığınının üstünə çıxıblar.
Departamentdən verilən məlumata görə, Svinqino kəndi ərazisində buz sahəsindəki çatlar nəticəsində təxminən 20 nəfər buzun üzərində qalıb.
Rusiya Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir ki, hazırda su hövzələrinə çıxmaq çox təhlükəlidir.
Havanın temperaturu üç gündən çox müddətə 0 dərəcədən yuxarı qalarsa, buzun gücü 25% azalır.



Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər