Bütün xəbərlər
İstanbulun bələdiyyə sədri korrupsiya ittihamı ilə saxlanılıb
Tarix: 19-03-2025 10:10 | Bölmə: Karusel

İstanbul Baş Prokurorluğu həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlu və daha 100-dən çox şəxsə qarşı korrupsiya, rüşvətxorluq və terrorçularla əməkdaşlıq ittihamı irəli sürüb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Türkiyənin NTV telekanalının məlumatına görə, bələdiyyə sədri haqqında həbs qərarı çıxarılıb.Onun evində axtarış aparılır, bundan sonra o, nəzarətə götürüləcək. İstanbulda martın 23-dək mitinq və nümayişlər qadağan edilib.
Merin terrorçularla işbirliyi ilə bağlı araşdırmalar bələdiyyə sədrinin Türkiyədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının siyasi qanadı ilə razılaşmaları məsələsinə yönəlib. İkinci araşdırma korrupsiya, qəsb və rüşvət iddialarına aiddir.
Türkiyə kanalı əlavə edir ki, çərşənbə axşamı İstanbul Universiteti Baş Prokurorluğun müvafiq sorğusu əsasında Əkrəm İmamoğlunun diplomunu ləğv etmək qərarına gəlib.



Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər