Bütün xəbərlər
ZVO simvolları ABŞ-ın Moskvadakı səfirliyinə qaytarılıb
Tarix: 19-03-2025 10:05 | Bölmə: Karusel

ZVO hərfləri və digər vətənpərvər simvollar ABŞ-ın Moskvadakı səfirliyinə qayıdıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, quraşdırma hərflərin yuyulması və işıq lampalarının dəyişdirilməsi məqsədilə sökülüb. Bu barədə TASS məlumat yayıb.
İnternet istifadəçiləri bu hadisəni Rusiya və ABŞ liderlərinin telefon danışığı ilə əlaqələndiriblər.
Sökülmənin şahidləri sosial şəbəkələrdə video yayımlayıblar.
İşçilərin sözlərinə görə, oxşar prosedur keçən il, təxminən eyni vaxtda həyata keçirilib.
Z qurğusu 2023-cü ilin noyabrında quraşdırılıb.



Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər