Bütün xəbərlər
Xilasedicilər daha 14 nəfəri qayıqla təxliyə ediblər
Tarix: 19-03-2025 09:58 | Bölmə: Karusel

Çelyabinsk vilayətinin Aşa şəhərində xilasedicilər əlavə 14 nəfəri qayıqla təxliyə ediblər.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Rossiya” telekanalına 10-cu Yanğından Mühafizə Hissəsinin 50-ci yanğınsöndürmə hissəsinin mühafizəsinin rəisi Aleksey Gerasimov məlumat verib.
Hazırda Aşa şəhərində fövqəladə vəziyyət rejimi qüvvədədir. Şəhərdə 150-yə yaxın ərazini su basıb, onlardan 90-da su artıq evlərə daxil olub. 200-ə yaxın insan təxliyə edilib. İndi xilasedicilər insanları qayıqlarla çıxarmalı və ev heyvanlarını sudan xilas etməlidirlər.
“Biz bağçadan iki məktəb yaşlı uşaq olmaqla 14 nəfəri təxliyə etdik”, - Gerasimov aydınlıq gətirib.
Havaların isti keçməsi və leysan yağışlar buzun adi vaxtdan bir neçə həftə tez parçalanmasına səbəb olub. Sakinlər hələ də yatarkən gecə saatlarında Sim çayı məcrasından çıxıb. Ona görə də çoxlarının maşınlarını çıxarmağa belə vaxtı yox idi. Bəzi insanlar evlərini su basdığını ancaq axşam saatlarında işdən sonra biliblər.
Kənddə müvəqqəti yaşayış məntəqəsi yaradılıb, lakin zərərçəkənlər əsasən qohumlarının evinə köçürlər. Hazırda hakimiyyət orqanları zərərçəkənlərə gələcək təzminat məsələsi üzərində işləyir.



Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər